كونلوم گئدير اليمدن, آي ميصري لر نيگارا
افسوس كي گيزلي سيرري, گؤز ائيلير آشكارا
هايلاندي قانلي بارماق, الده تورونج شاشيردي
سالدي زولئيخا آدين, ديللرده آشكارا
معراج باغلي دوشدو, عاييشه ساوچي اولدو
اول جبرهييل گتيردي, بو وحيي آشكارا
نون و قلم و ياسين, ليس هناك من سر
جومله زولئيخا سس لر, قورآن دا آشكارا
ييرتير دوشومو شعريم, هر بئيتيده حياسيز
كونلوم سوسوب اوتانمير, فخر ائيلر آشكارا
30/04/93
Könlüm gedir əlimdən, ay misrilər nigara
əfsus ki gizli sirri, göz eylir aşkara
haylandı qanlı barmaq, əldə turunc şaşırdı
saldı züleyxa adin, dillərdə aşkara
meerac bağlı düşdü, aişə savçı oldu
ol cəbrəil gətirdi bu vəhyi aşara
nun o qələm və yasin, ləysə honakə men ser
cümlə züleyxa səslər, quran da aşkara
yirtir döşümü şerim, hər beytidə həyasız
könlüm susub, utanmır, fəxr eylir aşkara